Dərman bitkilərinin müalicəvi xüsusiyyətləri



Dərman  bitkilərinin müalicəvi xüsusiyyətləri


Standart:  3.2.2.  Müalicəvi əhəmiyyətinə görə dərman bitkilərini qruplaşdırır.
Mövzu:Dərman bitkilərinin müalicəvi xüsusiyyətləri.
Məqsəd:Müalicəvi əhəmiyyətinə görə dərman bitkilərini qruplaşdırır.
İş forması:Fərdi və qrupla.
İş üsulu:  Cədvəllə iş,klaster
İnteqrasiya:  H.b:1.2.1. 
Resurslar: dərslik,iş vərəqləri,marker,paylama materialları,Uşaq ensiklopediyası,”Azərbaycanın müalicəvi əhəmiyyətli bitkiləri” kitabı və s.

                                                                       Dərsin gedişi.
 Motivasiya: Hamı xəstələnə bilər: heyvanlar da, insanlar da.Bəs vəhşi heyvanlar xəstələnərsə onlara kim resept yazar?
Cənubi Amerikada hindilər müşahidə etmişdilər ki,xəstə pumalar bir ağacın qabığını gəmirirlər.Hindilər qızdırmadan əziyyət çəkən insanları bu ağacın qabığından hazırlanmış dəmləmə ilə müalicə etdilər.Kınə ağacı belə kəşf edildi.
                Payızda rəqiblə döyüşə hazırlaşarkən marallar levzeyanın kökünü gəmirir.Məlum oldu ki,levzeyanın kökü insana qüvvə verir.
Əvvəllər Şotlandiya kəndlərindən birində  xanımotu dərman bitkisi kənd əhalisinə düşməndən xilas olmağa kömək etmişdilər.Həmin kəndi Dənimarkalı əsgərlər tutmuşdu.Qələbə münasibətilə pivə içəndən sonra onlar qaliblərdən məğlublara çevrilmişlər.Şotlandların pivəyə qatdıqları xanımotu şirəsi sizin fikrinizcə əsgərlərə hansı təsiri göstərdi? 
 Tədqiqat sualı:Hansı dərman bitkilərini tanıyırsınız?
Onlardan necə istifadə etmək lazımdır? 
Tədqiqatın aparılması:Şagirdlər qruplara ayrılır.
İş vərəqi 1.  Sizə verilmiş cədvəldə müalicəvi təsirə uyğun gələn bitkilərin adlarını müəyyənləşdirin.
Müalicəvi təsiri
Bitkilərin adları
İltihab əleyhinə

Tərqovucu




İş vərəqi 2:
Sizə verilmiş bitkilərin uyğun gələnini seçib yazın.
1.Valerian, damotu, yemişan.
2.Nanə, soğan, sarımsaq, çobanyastığı
 3.Yerkökü,çuğundur,kələm, kartof.
 A)soyuqdəymə zamanı istifadə olunan bitkilər.
 B)Həzm prosesini yaxşılaşdıran bitkilər
  c)Sakitləşdirici təsirə malik bitkilər
 İş vərəqi 3:
Sizə verilmiş cədvəldə müalicəvi təsirə uyğun gələn bitkilərin adlarını müəyyənləşdirin.
Müalicəvi təsiri
Bitkilərin adları
Ürək-damar səstəliklərinə qarşı

Qankəsici




İş vərəqi 4:
Dərman bitkilərinin toplanma və  saxlanma qaydalarını tərtib edin.
İş vərəqi 5:
Yaşadığınız yerin adı:
Yaşadığınız yer hansı təbii zonaya aiddir:
Yaşadığınız yerdə hansı dərman bitkiləri  bitir:
Bu dərman bitkiləri hansı xəstəliklərin müalicəsində istifadə olunur:

Məlumat mübadiləsi:
Qrup üzvləri təqdimat edərək fikir mübadiləsi aparırlar.




Məlumat müzakirəsi:
Hansı dərman bitkilərini tanıyırsınız? Təbabətdə neçə növ dərman bitkisindən istifadə olunur? Hansı xəstəliklərin müalicəsində istifadə olunur?Dərman bitkilərinin toplanma və saxlanma qaydaları necədir?Azərbaycanda hansı dərman bitkiləri bitir?


Ümumiləşdirmə və nəticə:     Klaster üsulu ilə

                                                                    
                                                                    Ürək-damar xəs
                                                                   

                                           İltihab əl                           Dərman bitkiləri                              Bəlğəmgətirici

                                                                                          
                                                                            Qankəsici



Ev tapşırığı:Yaşadığınız evin yaxınlığında bitən dərman bitkilərinin fotoaparatla şəklini çəkib fotoalbom hazırlayın.
Qiymətləndirmə və refleksiya:
Uşaqlar, biz bu gün nə öyrəndik? Bu öyrəndiklərimizin bizə nə kimi əhəmiyyəti ola bilər?

Meyar                qrup                    
Çobanyastığı
Gülxətmi
xanımotu
Yemişan
pişikotu
yekun
Dərman bitkilərini tanıyır.






Dərman bitkilərini qruplaşdırır.






Əməkdaşlıq.






Vaxta qənaət.