Yaradıcı şagirdlərlə layihə metodikası.
Hər bir ölkənin inkişafı komputer və
informasiya texnologiyalarının yüksək inkişaf səviyyəsindən
asılıdır.Yüksək inkişaf etmiş ölkələr
xammal deyil, elmi intellekt tutumlu
məhsullar ixrac edirlər.Bu məhsulları istehsal edən istedadlı kadr
potensialıdır. Bir neçə ildən sonra yüksək texnologiyaların yaratdığı işsizlik
problemi ,içməli su qıtlığı,dünyanın qlobal ekoloji problemləri ilə, təbii ehtiyatların
tükəndiyi problemlərlə üz-üzə durduğumuz
bir zamanda istedadlı, yaradıcı uşaqlara ehtiyac böyükdür.
İstedad kiçik yaşlardan özünü büruzə verir.Bu
baxımdan məktəbəqədər təhsilin icbari olması təqdirəlayiqdir.İstedadlı
uşaqların seçimi kiçik yaş dövründən
başlanmalıdır.Əgər bir uşaq ona yeni alınmış oyuncağı sökürsə “Sən düzgün
etmirsən” deyə irad tuturlar.Amma uşaq “ Görəsən bu oyuncağın içində nə var?”
sualına cavab axtararaq gələcəyin tədqiqatçısı kimi böyüyür.Böyüklər çalışır ,ki,
uşaqlar hər şeyi onlar kimi görsünlər,duysunlar.Bununla böyüklər uşaqları öz
daxili aləmindən ayırır, düşüncə tərzinə mənfi təsir göstərir.Belə təsirlərlə böyüklər uşaqların qeyri-adiliyini, yaradıcı
başlanğıcını məhv edirlər.Müasir dövr yaddaş qabiliyyətindən yaradıcılıq
qabiliyyətinə doğru tələblər irəli sürür.Kompüterin, informasiya kommunikasiya
vasitələrinin geniş yayılması ilə əlaqədar olaraq insanların
böyük həcmli məlumatları yadda
saxlamalarına ehtiyac yoxdur.Bu səbəbdən də hazırda insanların düzgün təhlil
etmək, ümumiləşdirmək, təsnif etmək, nəticə çıxarmaq, proqnoz vermək kimi
bacarıqları daha çox qiymətləndirlir.Müasir təhsil sisteminin formalaşdırmalı
olduğu insan dünyanın tələblərinə cavab verən, rəqabətədavamlı bir şəxsiyyət
olmalıdır.Bunun üçün “nə öyrətdiyimiz “ yox, ”necə öyrətdiyimiz” daha vacibdir.İstedadlı uşaqların yaradıcı idrak
prosesi axtarış və tədqiqatçılıq fəaliyyətinə
istinad edir.Problemin aşkarlanması və
onun səmərəli həll yollarının axtarış
imkanları şəxsin daxili motivasiyasından asılıdır.Belə şagirdlər yenilikərə can atırlar, onlar hətta münasib olmayan şəraitdə belə fəaliyyət göstərmək bacarığına sahib
olurlar.Fəaliyyətdə olduqları zaman əl altında lazımi vasitələri olmadıqda belə şəraitə uyğun olaraq başqa vasitələri fəaliyyətlərinə
uyğunlaşdıraraq ondan istifadə edirlər.Belə
şagirdlər lider olmağa çalışır, diqqətçəkici
olurlar. Özünə tənqidi münasibət və başqalarından daha yaxşı olmaq istəyi
istedadlı uşaqların güclü, təkanverici
xüsusiyyətləridir.
Fərdiləşmə prinsipi təlimin hər hansı şagirdin
fərdi xüsusiyyətlərinə uyğunlaşması üçün vacibdir.Bundan ötrü müəllim əvvəlcə
şagirdlərin xüsusiyyətlərini öyrənsə və müxtəlif şagird qruplarına müxtəlif metodları
tətbiq etsə daha məqsədə uyğun olar.Müəllim təlimdə fərdiliyi və kollektivliyi
səmərəli əlaqələndirsə daha yaxşı nəticə
verə bilər.Qeyd etmək lazımdır ki, cəmiyyət
müasir problemlərin həllini əsasən məhz bu uşaqlardan gözləyir.Bunun
üçün də müəllim təlim məqsədlərini müəyyənləşdirərkən məsuliyyət, həssaslıq,
pozitiv özünüqiymətləndirmə, özünə inam, baş verənlərə reaksiya verilməsi kimi
bacarıqlara xüsusi önəm versə daha yaxşı olar.
Belə şagirdlərlə layihə üsulu işləmək daha
maraqlıdır.Şagirdlərə onların maraq dairəsində olan layihə tapşırıqları verilir.Onlar işini tədqiqat
yönümündə quraraq praktik tapşırığın həllini
tapır və öz mövqeyini müdafiə edir.Yüksək təfəkkür bacarıqlarını inkişaf etdirən bu tapşırıqlar Blum taksanomiyasının sonuncu 3 mərhələsini əhatə edir. Əvvəlcə əlavə
vaxt, məqsəd və vəzifələr, tapşırıqların
müəyyənləşdirilməsi, qruplaşdırma, tapşırıq təqvimləri, müvafiq texnologiyalar
və mütəxəssislərin dəstəyi kimi şagirdlərə verilən dəstək formalarını müəyyən
edirik. İstifadə edəcəyimiz spesifik resursları aydınlaşdırırıq və şagirdlər araşdırma aparmağa başlayırlar.
Mən bu
metodu fəal təlim əsasında , şagirdlərin fəaliyyəti ilə onun şəxsi maraqlarına
uyğun qururam.Şagirdlərdə məlumatla işləmə
bacarığı formalaşdırıram.İnternetdə əldə etdiyi məlumatları təhlil etmə
bacarığı olmalıdır ki, vacib faktları və problemə uyğun məlumatı seçməyi
bacarsın və bu məlumatlardan düzgün istifadə və tətbiq etməyi öyrənsin.Əvvəlcədən hazırlanmış
video izahlarımı şagirdlərə əlavə
məlumat mənbəyi olaraq təqdim edirəm.Vaxta qənaət edərək tapşırıqlarımı
gmail.com-da Google doc vasitəsilə şagirdlərə təqdim edirəm.Vaxt cədvəlinə
uyğun olaraq müəyyənləşdirdiyimiz vaxtda layihə iştirakçıları computer
arxasında oturaraq müzakirə aparırıq.Bu zaman şagirdlərdə yazı bacarığı, söz
ehtiyatı, tez ünsiyyətə girmə və lazımi formada münasibət qurma vərdişləri
formalaşdırılır.Özünün və qrup üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini
bölüşə bilmək və bundan faydalanmaq məqsədilə hər bir şagirdin müzakirələrdə və
qrupun işində iştirakını təmin edirəm.Bu onlarda dəyişən şəraitə uyğunlaşmaları
üçün təsiredici zəruri bacarıqların əldə olunmasına səbəb olur.Sinifdə müzakirə
zamanı qızıl qaydaları tez-tez şagirdlərin
diqqətinə çatdırıram .Bu səs-küy yaranmasının qarşısını alır. Müzakirələrdə göz təmasından istifadə etməklə şagirdlərə müəllimin
daim diqqəti altında olduqlarını hiss etdirirəm.
Layihənin
mövzusunu müəyyənləşdirmək üçün şagirdlərə istiqamətləndirici suallar verirəm. “Qədim
dövrdə yaşayan insanlarla müasir insanların yaşayış tərzi hansı xüsusiyyətlərinə
görə fərqlənir? Mən dünyanı necə dəyişərdim?Elmi texniki tərəqqinin xeyri
var,yoxsa zərəri?” Fikirləri ümumiləşdirdikdən sonra şagirdlər bu qərara gəlidi
ki, elmi-texniki tərəqqi insanların sağlamlığına xidmət etməlidir.Onların təşəbbüsü
ilə “Geni modifikasiya olunmuş qida məhsullarının insan sağlamlığına təsiri”mövzusunu seçdik. Bununla
onlara tanış olan və xüsusi əhəmiyyət kəsb edən ,real həyatdan
götürülmüş problemlərin həllinə şagirdləri yönəltməklə özünütərbiyə ideyasını həyata
keçirirəm.Biologiya fənnindən 8-ci sinif üzrə 3.2.1. 4.1.1.
4.2.1. standartlarını əsas tutaraq məqsəd müəyyən etdim.Həyat
bilgisi fənnindən 2.2.1. standartına inteqrasiya edərək şagirdlər
Cinayət Məcəlləsinin 200.2 maddəsini araşdırdılar.Elmi məsləhətçi
olaraq Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “Qida məhsullarının mühəndisliyi və
ekspertizası” kafedrasının müəllimləri və Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə
institunun əməkdaşları ilə şagirdlərin görüşünü
təşkil etdim.
Şagirdlərin araşdırması nəticəsində aydın oldu
ki, Gəncədə öz gözəlliyi ilə məşhur olan
və məktəb yaxınlığına yerləşən “Xan bağı” adlanan parkda xaricdən gətirilmiş
və geni modifikasiya olunmuş bitkilər əkilib.Transgen
dəyişikliyə uğramış bu dekorativ bitkilərin tərkibində boy maddəsi və auksinlərin
miqdarı çox olduğuna görə kök sistemi güclü inkişaf edərək təbii bitkiləri
sıradan çıxarır və onların məhvinə səbəb olur.Bu səbəbdən də parkda bitki müxtəlifliyi
200 növdən 50-60 növə gəlib çatmışdır.
Məktəbin 8-ci sinif şagirdi Həsənova Könülün təşəbbüsü ilə məktəbin həyətyanı sahəsində kiçik ərazi ayırdıq və bu ərazidə təmiz
ekoloji məhsul yetişdirməyi qərara aldıq.Şagirdlər tanıdıqları təsərrüfat işləri
ilə məşğul olan insanlarla əlaqə yaratdılar və genetik baxımdan təmiz olan
qarğıdalı toxumunu əldə etdilər.Tərtib olunan vaxt cədvəlinə uyğun olaraq
şagirdlər cütlərə ayrıldı və cücərtilərə aqrotexniki qaydada qulluq göstərildi.Məqsəd
bazardan alınan məhsulla ekoloji sağlam
(şagirdlərin yetişdiyi) məhsulun dadında, görünüşündə, insan sağlamlığına təsirində fərqləri müəyyən etmək
idi.Hər həftə müşahidə və ölçmə
üsullarından istifadə etməklə qeyd dəftərində
bitkinin inkişafı barədə qeydlər aparılırdı.Kübrə istifadə edilmədiyindən
inkişaf zəif gedirdi, amma alınan məhsul az məhsuldar olsa da daha dadlı və tezbişən oldu.Bununla şagirdlərdə
müqayisə etmə və bitkilərə qulluq etmə
bacarıqları vərdişlərə çevrilir.
Şagirdlər
2 qrupa ayrıldı.Geni modifikasiya olunmuş məhsulları müdafiə edənlər və bu məhsulların
istehsalına yox deyənlər.Bu zaman ən çox debat üsulundan istifadə edirəm.1-ci
qrup geni dəyişdirilmiş orqanizmlərdə
yüksək məhsuldarlıq,uzun müddət öz formasını qoruyub saxlama , xüsusi aromatik
iyə və dada malik olma, zərəzvericilərə və əlverişsiz ətraf mühitə qarşı
dözümlülüyün artırılması əsas şərt olduğunu irəli sürür.Nəzər alsaq ki, dünyada
3 milyarddan artıq insan aclıqdan əziyyət
çəkir, onda bu məhsulların nə qədər əhəmiyyətli olduğunu qeyd edirlər. 2-ci
qrup isə bu məhsulların insan
sağlamlığına təsirini
araşdıraraq müəyyən etdilər ki,
bu qidalardan istifadə orqan çatışmazlığına, immun zəifliyinə, xərçəng xəstəliyinə səbəb ola bilər.Bu
bitkilər əsasən pomidar, kartof, soya, qarğıdalı və bəzi meyvə bitkiləridir.23
ölkə GMO kənd təsərrüfatı məhsullarını becərməklə bəşəriyyəti təhlükə
qarşısında qoyur. Bu müzakirələr zamanı alternativ fikirlərin söylənilməsinə şərait
yaradıram.Şagirdlər məktəbin həyətində kübrəsiz becərdikləri “pərdəvari”
qarğıdalı sortunu bazardan alınan həmin sortdan olan digər qarğıdalı məhsulu ilə
fərqləndirib fikirlərini ümumiləşdirərək təqdimat hazırladılar.Əldə olunan nəticələr
1.GMO kənd
təsərrüfatı məhsullarını istehsal və ixrac edən ölkə başçılarına məktub göndərilsin.Onları
bəşəriyyətə qarşı elan olunmamış bioloji müharibədən çəkindirməyə çağıraq.
2.Şagird
yoldaşlarımız arasında maarifləndirmə apararaq onları “çipsi”, “qurudulmuş
çöpçüklər”,” popcorn” kimi qida məhsullarından və bəzi maye içkilərdən çəkindirməyə
çalışaq.Bukletlər hazırlayaraq məktəb şagirdləri arasında yayaq.
3.Həyətyanı
sahəsi olan insanlar özləri üçün lazım olan kənd təsərrüfatı məhsullarını kübrəsiz
olaraq özləri əkib becərsin.Bu həm də onları oturaq həyat tərzindən
uzaqlaşdırar və sağlam həyata aparar.
Ülviyə Məhərrəmova