Yeni informasiya texnologiyalarının öyrənmə prosesinə tətbiqində müəllimin rolu
XXI əsrdə insan və cəmiyyətin
inkişafının əsas resursunu informasiya təşkil etdiyi bir dövrdə təhsildə informasiya
texnologiyalarının tətbiqi təhsilverənlərin və təhsilalanların insan kapitalı
kimi inkişafı üçün əsas istiqamətlərindən biridir.Məlumdur ki,
İKT-dən istifadə etməklə müasir və interaktiv təhsil modelinin həyata keçirilməsi
məktəbin və müəllim heyətinin qarşısına yeni tələblər qoyur. Pedaqoji heyətin
İKT savadlılığını artırmadan, təlim-tədris prosesinə innovativ yanaşmasını
formalaşdırmadan İKT-nin təhsil sisteminə səmərəli tətbiqinə nail olmaq qeyri-
mümkündür. Bütün müasir
dövrün tələblərindən irəli gələn dəyişikliklərin məktəblərdə uğurla və səmərəli
tətbiq edilməsi avtomatik olaraq müəllimin də tədris prosesinə fərqli
yanaşmasını zəruri edir. Bu səbəbdən də
müəllimlərin İKT bacarıqlarına yiyələnməsi, tədris prosesində İKT
bacarıqlarından pedaqoji alət kimi istifadə etməsi artıq zəruri prosesdir.
Müasir müəllim:
1.
şagirdə öyrənmə yollarını öyrətməli, onlarda
sərbəst olaraq onun üçün lazım olan informasiyanı düzgün mənbələrdən və vaxt
itkisinə yol vermədən axtarmaq, tapılmış informasiyanı sistemləşdirmək və özü
üçün daha yararlı informasiyaları seçmək, seçilmiş informasiyaları analiz etmək
və əldə edilmiş informasiyanı özününküləşdirərək məsələyə şəxsi münasibətini
bildirmək bacarığı formalaşdırmalıdır;
2. şagirdə özünə
inam hissini aşılamalı və auditoriya qarşısında özfikirlərini sərbəst
təqdimetmə bacarığı formalaşdırmalıdır;
3. istənilən fənnin
tədrisində yuxarıda sadalananların həyata keçməsi üçün şagirdləri daim yeni
informasiya texnologiyalarından istifadəyə yönəltməlidir.
Yeni
informasiya texnologiyaları olduqca geniş anlayışdır. Qısaca desək, informasiya
texnologiyalarıtexniki və proqram təminatlarından istifadə etməklə (film, təqdimat,
səsyazısı, kompüter, telekommunikasiya vasitələri, internet və s.) informasiya
ilə iş bacarıqlarını özündə əks etdirən pedaqoji texnologiyadır. (Sitat: V.İ.
Zaqyavinski - pedaqoji elmlər doktoru,
Rusiya Elmlər Akademiyasının üzvü). Ümumiyyətlə, təhsilin
informasiyalaşdırılmasının əsas məqsədi,
nəinki şagird və pedaqoqlar, eyni zamanda cəmiyyətin bütün üzvləri üçün
bütün elmi, mədəni, tarixi məlumatlara və tədris materiallarına sərbəst çıxışı
təmin etmək, insanlara istənilən mövzuda saysız hesabsız informasiya mənbələri
və öyrənmə metodları təklif etməklə onlarda sərbəst və fasiləsiz öyrənmə
bacarıqları aşılamaqdır.
Deməli, müəllimin yeni
rolu bilavasitə şagirdin öyrənmə prosesinə nəzarət etmək və onu düzgün istiqamətləndirməkdir.
Bu mexanizmi səmərəli şəkildə icra etmək, şagirdlərə müxtəlif informasiya mənbələri
və öyrənmə metodları təklif etmək üçün müxtəlif fənn müəllimlərinin özləri İKT-dən
istifadə bacarıqlarına malik olmalı və şagirdlərdə də informasiya
texnologiyalarından təlim-tədris prosesində istifadə vərdişi yaratmalı,
informasiya texnologiyalarını tədris alətinə çevirməlidirlər.
İndi isə gəlin İKT-dən
istifadənin pedaqoji məqsədlərinə daha diqqətli nəzər salaq:
Ø
Öyrənənin
(öyrənən dedikdə şagird, müəllim və ya öyrənmə prosesinə cəlb olunan istənilən
şəxs nəzərdə tutulur) informasiya cəmiyyətində faydalı fəaliyyətə cəlb olunması
üçün fərdi inkişafını təmin edir.
ü
Düşünmə
qabiliyyətini, tənqidi, məntiqi və yaradıcı təfəkkürü inkişaf etdirir;
ü
Öyrənənin
müxtəlif psixologiyalı insanlarla ünsiyyətini təmin edərək, onun ünsiyyət-kommunikativ
bacarıqlarını daha da inkişaf etdirir və ünsiyyət zamanı qarşıya çıxan müəyyən
komplekslərdən azad olmaq üçün şərait yaradır;
ü
Müxtəlif
sahələr üzrə elmi axtarış və tədqiqat bacarığını inkişaf etdirir;
ü
Çətin
və problemli situasiyalarda vəziyyəti analiz edərək çevik qərar qəbul etmək
bacarığına yiyələndirir;
ü
İnformasiya
mədəniyyətini formalaşdırır.
Ø
Öyrənən
informasiya cəmiyyətinin tələblərinə cavab verir.
ü
Öyrənəni
sərbəst idrak fəaliyyətinə cəlb edir;
ü
Öyrənəni
sağlam rəqabətə hazırlayır;
ü
İKT-dən
məqsədli surətdə istifadə edən mütəxəssislər hazırlayır.
Ø
Təlim
və tədris prosesini daha da dərinləşdirir və intensivləşdirir.
ü
İdrak
fəaliyyətini aktivləşdirərək biliklərin öyrənilmə və mənimsənilməsi üçün müxtəlif
metodlar təklif etməklə öyrənəndə öyrənmə prosesinə qarşı maraq yaradır.
(Amerika psixoloqu Harvard Gardner “Çoxşaxəli İntellekt nəzəriyyəsi”nə görə biliklərin
öyrənilmə və mənimsənilmə yolları mərhələlərə bölünür. Hal-hazırda Amerika və Kanadanın təhsil
sistemi bu sxemin müddəalarını şagirdlərin bilik və bacarıqlara yiyələnməsi və
tam bir şəxsiyyət kimi yetişməsi üçün kurikulumun tətbiqinin tərkib hissələrindən
biri kimi qəbul edir. Dərs proqramları və planları bu yolla hazırlanır və hər
bir şagirdin bilik və bacarığı nəzərə alınaraq tətbiq edilir. Bu işin əsas məsuliyyəti əlbəttə ki, əsasən
müəllimin üzərinə düşür. Müəllim təlim prosesi zamanı hər bir şagirdlə fərdi iş
aparır, onun fərdi öyrənmə mexanizmini nəzərə alaraq ona müxtəlif öyrənmə vasitələri
təqdim edir. Hətta eyni öyrənmə mexanizminə malik şagirdləri müəyyənləşdirərək
onlara kiçik və böyük qruplarla da iş təklif edir.);
ü İKT-ni tədris aləti kimi istifadə etməklə tədris
prosesinin səmərəliliyi və keyfiyyəti artırılır. İnformasiya daha əlçatan və cəlbedici
olur. Bu zaman informasiyanı nəinki oxumaq, eyni zamanda vizual olaraq görmək,
səsini eşitmək və ya hər hansı simulyativ proqramlar vasitəsi ilə hətta yerini
dəyişmək və idarə etmək mümkün olur;
ü Fənlərarası inteqrasiya imkanları yaradır, fənlərin
vəhdət halında əlaqəli şəkildə öyrənilməsini təmin edir.
Məlumdur
ki, şagirdlərin İKT-dən faydalı və məqsədyönlü istifadəsini təmin etmək üçün müəllimlər
tədris prosesində İKT-dən səmərəli istifadə bacarığına yiyələnməlidirlər. Bəs tədris prosesində İKT-dən səmərəli istifadə
üçün müəllimlər hansı İKT kompetensiyalara (səriştəliliyə) malik olmalıdırlar?
İlk
olaraq İKT kompetensiyalar dedikdə nələrin
nəzərdə tutulduğuna diqqət yetirək. Ümumilikdə, kompetensiya-XXI əsrin tələbinə
uyğun şəxsiyyət yetişdirmək üçün tələb olunan bilik, bacarıq, vərdiş, dəyər və
keyfiyyətlərin siyahısı olaraq başa düşülür.İKT kompetensiyaları – tədris
prosesində və ya tədris prosesindən kənar İKT-dən istifadə etməklə öyrənmənin təşkili
üçün qarşıya çıxan texniki və metodiki problemləri peşəkarcasına həll etmə
bacarığıdır.
İKT
kompetensiyaları xarakterinə görə iki istiqamətdə qruplaşdırmaq olar:
Ø İKT üzrə ümumi kompetensiyalar;
Ø İKT üzrə peşəkar kompetensiyalar
Bəs görəsən İKT üzrə
ümumi və peşəkar kompetensiyalar dedikdə nə başa düşülür? Bu kompetensiyalara
malik müəllimlər hansı bacarıqlara malik olmalıdırlar? Aşağıdakı cədvəldə bu
mexanizmi şərh edək:
Xarakterinə görə İKT kompetensiyalar
|
İKT üzrə ümumi kompetensiyalar
|
·
Fərdi kompüterlərin əsas və əlavə qurğularından iş
prosesində istifadə edir;
·
Kompüter proqramından istifadə etməklə hazırladığı mətnə cədvəllər, diaqramlar, şəkillər əlavə edir və əlavə
etdiyi cədvəl üzərində müəyyən formatlaşdırma işləri aparır;
·
İnformasiyaların axtarışında internetdən səmərəli istifadə edir;
·
Kompüter proqramlarından istifadə etməklə müxtəlif cədvəllər
hazırlayır, hazırladığı cədvəllərə düsturlar, funksiyalar tətbiq edir və
daxil etdiyi məlumatın diaqramını çıxarır;
·
Sadə məlumat bazası və müxtəlif elektron sorğular, hesabatlar
hazırlayır.
|
İKT üzrə peşəkar kompetensiyalar
|
·
Məktəblilərin tədris prosesinə cəlbi və tədris prosesindən kənar
öyrənmə prosesinin təşkili üçün İnternetdən müxtəlif resurslar tapır;
·
Metodiki və didaktik materialların hazırlanmasında mətn
prosessorundan istifadə edir;
·
Elektron tədris resurslarının hazırlanmasında müxtəlif kompüter
proqramlarından istifadə edir;
·
Cədvəl prosessorundan istifadə etməklə avtomatik hesablamaları
özündə əks etdirən şagirdlərin qiymətləndirmə cədvəlini hazırlayır;
·
Cədvəl prosessorundan istifadə etməklə şagird nailiyyətlərinin
reytinqlərinin izlənməsi üçün cədvəl və diaqram hazırlayır;
·
Tədrisə yararlı müxtəlif kompüter proqramlarından istifadə etməklə
şagirdlərin nailiyyət səviyyəsini müəyyən etmək üçün müxtəlif interaktiv
testlər hazırlayır;
·
İnternetdən istifadə edərək öz şəxsi resursunu hazırlayır və
internet icmalarda paylaşır.
|
Sürətlə dəyişən
informasiya cəmiyyətinin tələbinə uyğun olaraq nəzərdə tutulan bu kompetensiyalar
təbii ki, zaman keçdikcə daha da təkmilləşə, müəyyən dəyişikliklərə uğraya bilərlər.
İKT üzrə ümumi və peşəkar
kompetensiyaları müəyyənləşdirdik. Bəs pedaqoji təyinatına görə bu
kompetensiyalar necə xarakterizə olunur?İKT üzrə kompetensiyaları məzmun və
pedaqoji təyinatına görə də iki istiqamətdə qruplaşdırmaq olar:
·
Ümumi
pedaqoji təyinatına görə İKT kompetensiyalar - tədris və tərbiyə prosesində
informasiya texnologiyalarından ümumi istifadə bacarıqlarını özündə əks
etdirir.
·
Fənn üzrə təyinatına görə İKT kompetensiyalar - fənnin xüsusiyyətlərini (fizika, riyaziyyat, biologiya, kimya, ədəbiyyat, xarici dil, tarix və s.) özündə birləşdirərək xüsusi istiqamət üzrə informasiya texnologiyalarından istifadə bacarıqlarını əks etdirir.
Fənn üzrə təyinatına görə İKT kompetensiyalar - fənnin xüsusiyyətlərini (fizika, riyaziyyat, biologiya, kimya, ədəbiyyat, xarici dil, tarix və s.) özündə birləşdirərək xüsusi istiqamət üzrə informasiya texnologiyalarından istifadə bacarıqlarını əks etdirir.
İnformasiya
texnologiyalarının təhsildə səmərəli tətbiqində müəllimin rolu həlledici
amildir. İKT-dən istifadə edən müəllim daim yeni təlim və informasiya
texnologiyalarını öyrənməyə, beynəlxalq təcrübələrdən yararlanmağa həvəsli
olur. Dolayısı ilə, belə müəllim fasiləsiz öyrənmə vərdişlərinə yiyələnir ki,
bu vərdişləri və öyrənməyə prosesində şəxsi əldə etdiyi təcrübələri şagirdlərə tövsiyə
etməyə, onlarda da fasiləsiz öyrənmə bacarıqları formalaşdırmağa maraqlı olur.
Təlim-tədris prosesinin mükəmməlliyi birbaşa müəllimin mükəmməllik yolunda
atdığı addımlardan, pedaqoji innovasiyalar üzrə təkmilləşməsindən ibarətdir.Jan
Piaje (psixoloq və filosof) və Brunerin
(psixoloq) fikrincə, alınan məlumatın qavranılma səviyyəsi öyrənmə prosesinin
özünün maraqlı və cəlbedici olmasından asılıdır. Şagirdin öyrənmə prosesi
– təkcə informasiyanın alınmasından yox,
əsasən alınan informasiyanın həyatda necə istifadə olunması haqqında fikirlər və
bu istiqamətdə bacarıqlar formalaşdırılmasından asılıdır. Öyrənmə prosesinin maraqlı
və cəlbedici olmasında isə İKT-dən istifadənin rolu əvəzsizdir.
İndi isə İKT-dən istifadənin
pedaqoji təyinatı və istifadə istiqamətləri haqqında araşdırma aparaq. Aparılan
müşahidələrə əsasən müəllimlər İKT-ni tədris prosesində əsasən aşağıdakı istiqamətlərdə
tətbiq edirlər:
Ø Tədris prosesində və tədris prosesindən kənar təlim-tərbiyə
prosesində;
Ø
Şagirdlərin
müstəqil idrak fəaliyyətinin və araşdırma bacarıqlarının formalaşdırılmasında;
Ø Didaktik materiallar (yaradıcı tətbiqetmə, təqdimatlar,
tapşırıqlar) hazırlamaq üçün yardımçı vasitələrdən biri kimi;
Ø Şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi
prosesində;
Ø
Məktəbdaxili
və məktəbdənkənar icmalarla ünsiyyətin formalaşdırılmasında.
Sxemdə qeyd edilən
istiqamətlər üzrə metodik-didaktik materialların hazırlanmasındavə istifadəsində informasiya texnologiyalarının müəyyən texniki təyinatlarından
istifadə olunur.
Metodik-didaktik materialların hazırlanmasında
istifadə olunan informasiya texnologiyalarının müəyyən texniki təyinatları ilə
növbəti yazılarımızda tanış ola bilərsiniz.
Unutmaq lazım deyil ki, İKT tədris
prosesinin maraqlı və cəlbedici olması, öyrətmə və öyrənmənin daha da
effektivliyi, peşəkar inkişaf imkanlarının bütün müəllimlər üçün əlçatan olması
və innovativ pedaqoji ideyalar vasitəsilə təlim tədris prosesinin səmərəliliyinin
artırılması üçün köməkçi bir vasitədir, bu vasitədən məqsədyönlü və ehtiyaca
uyğun istifadə hər müəllimin vəzifəsidir.
Hazırladı: Fazilova İlahə Rəfail qızı