İnsan üçün təhlükəli olan qurd xəstəlikləri.

İnsan üçün təhlükəli olan qurd xəstəlikləri.



Standart:
2.1.2.Maddələr mübadiləsinin pozulma səbəblərini sadalayır.
3.2.1.Müxtəlif canlıların insan orqanizmində törətdiyi xəstəlikləri  və onların əlamətlərini fərqləndirir.
2.Parazit qurdların insan orqanizmində törətdiyi xəstəlikləri və onların əlamətlərini fərqləndirir.
dart:


Mövzu:İnsan üçün təhlükəli olan qurd xəstəlikləri.
Məqsəd:
1.İnsanlarda və heyvanlarda qurd xəstəliklərinin yaranması səbəblərini sadalayır.

.1.2.Maddələsinin pozulma səbəblərini sadalayır.
3.2
.1.Müxtəlif canlıların insan orqanizmində törətdiyi xəstəlikləri  və onların əlamətlərini fərqləndirir.


Mövzu:İnsan üçün təhlükəli olan qurd xəstəlikləri.

Məqsəd:

1.İnsanlarda və heyvanlarda qurd xəstəliklərinin yaranması səbəblərini sadalayır.
2.Parazit qurdların insan orqanizmində törətdiyi xəstəlikləri və onların əlamətlərini fərqləndirir.
İş formaları: fərdi və qrupla 
İş üsulları:Əqli hücum,klaster, Venn diaqramı.
 İnteqrasiya:  H.b-4.1.1., Az.dili-1.2.1.
 Resurslar: dərslik, PPT təqdimat ,iş vərəqləri, marker, paylama materialları və s. 


Dərsin gedişi.

Motivasiya:

Sinfi  təşkil  edib dəvamiyyəti  yoxlayıram.Elə bu vaxt  sinfə   məktub gəlir.Məktubu  açıb oxuyarkən məlum olur ki, bu məktəbin bu gün dərsə gəlməyən  şagirdidir. O, məktəb yoldaşlarından kömək gözləyirdi.Məktubda deyilirdi:
 ”Mən bu gün biologiyadan açıq dərsimizin olduğunu bilirdim.Amma özümü elə halsız hiss edirəm ki,bu gün dərsdə iştirak edə bilmədim.Sizdən çox üzr istəyirəm.Amma mənə kömək etməlisiniz.Mən günü-gündən arıqlayıram... ürəyim bulanır. Özümü elə halsız hiss edirəm ki...... Elə bilirsiz ki, bu yağlı xörəkdən və ya soyuqdəymədəndir. Limon və mürəbbə qatılmış isti çay içib, hər şeyin qısa müddətdə keçəcəyini gözləyirəm. Amma yenə sağalmıram....Mənə kömək edin.Əlamətlərimi sizin üçün sadalayıram.Qarnımda ağrılar, ürəkbulanma və qusma,yatarkən ağzımdan selik axma,dişlərimi qıcama,halsızlıq,iştahsızlıq və s”
Uşaqlar biz məktəb yoldaşımıza kömək etməliyik.Gəlin araşdıraq görək yoldaşınızı narahat edən hansı xəstəlikdir?

Yönəldici suallar:İndiyə qədər öyrəndiyimiz qurdların hansı parazitdir?Onlar hansı tipə və sinfə aiddir?Parazitlik dedikdə nə başa düşürsüz?Parazit qurdlar niyə təhlükəlidir?


Tədqiqat sualı:


Parazit qurdlar insanlarda hansı xəstəliəri  əmələ gətirir?Qurd xəstəliklərindən insan özünü necə qoruya bilər?
Orqanizmdə parazitlərin yaşadığı ilk dəfə 1681-ci ildə məlum olub. Müalicəsi və səbəbi öyrənilməyən xəstəlikdən dünyasını dəyişənlərin sayı günü-gündən artıb. 1859-cu ildə bunun bir xəstəlik olduğu öyrənilmiş və müalicəsi tapılmışdır. Əgər səndə başgicəllənmə, yuxusuzluq, iştahsızliq yuxuda olarkən ağzından su gəlmə, qarnında ağrılar olursa, deməli, orqanizmində parazitlər yaşayır. Qədim dövrlərdə qurd xəstəliyinə 6-12 yaşlı uşaqlarda rast gəlinirdisə, müasir dövrdə bu xəstəlik daha da yaşa dolub. İndi nəinki uşaqlarda, hətta 30-40 yaşlı insanlardada rast gəlinir.

Tədqiqatın aparılması: Şagirdləri qruplara ayırıram.İş vərəqləri  paylanır.


Qaraciyər sorucusunun həyat tsikli
1.İş vərəqi


Qaraciyər sorucusunun həyat fəaliyyətini əks etdirən tsiklə baxaraq  cədvəli yazın.

Qaraciyər sorucusu
Əsas  sahib

Aralıq sahib

Yoluxmuş orqan

Yoluxma yolları


Verilənlərin içərisindən parazit qurdların uyğunlaşmalarını seçin.
1.Dəridə kirpikciklərin olması 
2.Yapışmağa xidmət edən orqanların olması  
3.Sahib dəyişməklə gedən inkişaf. 
4.Bədən səthi ilə tənəffüsün olması 
 5.Cinsiyyət sisteminin yaxşı inkişaf etməsi.

Öküz soliterinin həyat tsikli
2.İş vərəqi 2


Öküz soliterinin  həyat fəaliyyətini əks etdirən tsiklə baxaraq  cədvəli yazın.


Öküz soliteri.
Əsas  sahib

Aralıq sahib

Yoluxmuş orqan

Yoluxma yolları


Qurdların zərərli və təhlükəli təsirlərini qeyd edərək mətn qurun.
İş vərəqi 3 İnsan askaridinin  həyat fəaliyyətini əks etdirən tsiklə   baxaraq  cədvəli yazın.





İnsan askaridi
Əsas  sahib

Əmələ gətirdiyi xəstəlik.

Yoluxmuş orqan

Yoluxma yolları


Mətndə verilmiş səhvləri düzəldin.
Yetkin askarid oksigenli,sürfə isə oksigensiz mühitdə yaşayır.Onlar hermafroditdirlər.Dişi fərddə 1 yumurtalıq,erkək fərddə isə 2 toxumluq olur.
                                                   
Qrup 4 Exinokkokun  həyat fəaliyyətini əks etdirən tsiklə baxaraq  cədvəli yazın.


Exinokkok.
Əsas  sahib

Aralıq sahib

Yoluxmuş orqan

Yoluxma yolları



Məlumat mübadiləsi:Şagirdlər təqdimat edərək  fikir mübadiləsi aparırlar.

Məlumat müzakirəsi:

Heyvanlar və insan qaraciyər sorucusu ilə necə yoluxur?İnsan öküz soliterinə necə yoluxur?İnsan və kənd təsərrüfatı heyvanları  exinokkoka necə yoluxur?Askaridlə öküz soliterinin həm qurluşunu ,həm də yoluxma yollarını Venn diqaramında fərqləndirin.

Ümumiləşdirmə və nəticə:

“Parazit qurdlarla mübarızə aparmaq üçün nə  etməliyik? Onlardan necə qorunmaq lazımdır?” başlığı altında  siyahı tərtib edilir.
 Dərsin sonunda dərsdən qalan şagirdimizə cavab məktubu yazırıq.
HƏKİM "QURD" DEYƏCƏK...
“Bütün şübhələrdən xilas olmaq üçün sənə həkim-pediatr lazımdır. İlk əvvəl müayinədən keç, USM-yə get, analizlər ver. Yalnız bundan sonra orqanizmdə baş verən anlaşılmazlıqların səbəbini öyrənə biləcəksən. Həkim orqanizmində yaşayan yabanı canlılardan, parazitlərdən xəbər verəcək.”
KİMLƏR RİSK ALTINDADIR?
Hisə verilmiş ət məhsulları yeyənlər
Dönər, çipsi və başqa hazır qidalar sevənlər
Yuyulmamış meyvə yeyənlər
Təmiz havada az gəzənlər                                
FAKTLAR...
Əgər ailənin hansısa üzvündə qurd aşkarlanıbsa, bütün ailə risk altındadır.
Parazitlər öz varlıqlarını hiss etdirmədən, illərlə orqanizmdə yaşaya bilirlər.
Hətta kipriklərimizdə də parazitlər yaşayır.
Üz dərisində olan qurdlar istifadə etdiyimiz kosmetik vasitələrlə qidalanırlar.

Ev tapşırığı:Parazit qurdlar haqqında internetdən əlavə məlumat toplayın.




QiQiymətləndirmə:  Meyarlara əsasən.


Meyar                Qrup
Askarid
Qaraciyər sorucusu
Exinokokk
Öküz soliteri
Qurd xəstəliklərinin yaranma səbəblərini sadalama.




Qurd xəstəliklərinin əlamətlərini fərqləndirmə.




Əməkdaşlıq.





Refleksiya:  Uşaqlar biz bu gün nə öyrəndik? Bu öyrəndiklərimizin bizə nə kimi əhəmiyyəti var?




Fənn müəllimi:           Məhərrəmova Ülviyə